Soyuqdəymənin pulsuz müalicəsi aşkarlanıb

bigstock_Common_Cold_4109390Soyuqdəymənin çox asan, həm də pulsuz müalicəsi var. 

7/24news-un milli.az saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın Karnegi-Mellon Universitetinin alimləri yuxunun orqanizmi möhkəmləndirdiyini, hətta soyuqdəymə xəstəliklərinin də qarşısını aldığını bildiriblər. Bunu təsdiqləmək üçün onlar təcrübələr aparan alimlər, əvvəlcə könüllüləri rinovirusa yoluxdurublar. Bunun nəticəsində onların hamısı nəfəs yollarının infeksion xəstəliklərinə tutulmalıydılar. Lakin sutkada 8 saat, rahat yuxu yatan könüllülərin əksəriyyəti xəstələnməyib, xəstələnənlər isə çox tez sağalıblar.

Qeyd edək ki, meditasiya seansları da oxşar təsir göstərir. Həm yuxu, həm meditasiya müasir insanın həyatını dolduran istənilən stressin nəticəsində yaranan kortikosteroid hormonları fəaliyyətdən salır və beləliklə orqanizmi möhkəmlədir. Nəticədə orqanizm viruslarla daha asan mübarizə aparır.

m4s0n501