
İDMAN
“Danışılmış oyunlar bizim üçün təhqirdir”

Leave a Reply
İDMAN
“Çox şükür, qərara gələ bildik. Divizionun taleyi bəzilərinə müəmmalı olsa da, qərar verə bildik”.
7/24news-un Qol.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev birinci divizionun 2018-2019 mövsümünün püşkatma mərasimində deyib.
Yeni mövsümdən etibarən Premyer Liqa klublarnın əvəzedici komandalarının aşağı dəstədə mübarizə aparacağına münasibət bildirən R. Musayev bu amilin Azərbaycan futboluna xeyir verəcəyini söyləyib:
“Limitə dəyişiklik etdik, 1998-ci il təvəllüdlü futbolçulara üstünlük veriləcək. Reqlamentlə bağlı, limitlə bağlı çox danışılır. Əgər 25 yaşlı futbolçu özünə buna qədər yer tapa bilməyibsə, bundan sonra da tapa bilməyəcək. Düzdür, ola bilər ki, ilk mövsümdə çempionatın səviyyəsi ürəyimizcə olmasın. Amma ikinci ildə hər şey yoluna qoyulacaq. Yarış 2 dövrədən ibarət olacaq və 5 əvəzetməyə icazə veriləcək. Bunlar sırf yerli oyunçuların iştirakı naminədir. Bəzi gənc futbolçuların əsas komandaya cəlb olunmasını klublardan tələb edəcəyik. Çünki futbolçu dərk etməlidir ki, ona diqqət var”.
Danışılmış oyunlarla bağlı məsələyə də toxunan PFL prezidenti araşdırmaların davam etdiyini bildirib: “AFFA prezidenti Rövnəq Abdullayev demişdi ki, kimdənsə şübhələnsək belə, sübuta ehtiyac yoxdur. Od olmayan yerdən tüstü çıxmaz. Danışılmış oyunlar Azərbaycan üçün ləkədir, bizim üçün təhqirdir”.
23:13 Fevral 12, 2019
13:41 Fevral 12, 2019
12:02 Fevral 7, 2019
14:29 Fevral 5, 2019
16:15 Fevral 1, 2019
12:59 Yanvar 29, 2019
16:53 Yanvar 28, 2019
13:49 Yanvar 25, 2019
16:43 Yanvar 23, 2019
12:56 Yanvar 22, 2019
12:53 Yanvar 22, 2019
12:51 Yanvar 22, 2019
12:47 Yanvar 22, 2019
12:37 Yanvar 22, 2019
22:16 Yanvar 21, 2019
Facebook
Twitter
RSS