
MARAQLI
Hindli qadınların gözəllik sirləri

Leave a Reply
MARAQLI
Hindistan qadınları daim gözəlliyi ilə seçilir. Bəs, parlaq saçlara və canlı cildə sahib olmaq üçün onlar nə edir?
7/24news Axşam.az-a istinadən hindli qızların gözəllik sirlərini təqdim edir:
1. Bir ədəd limonu bir çay qaşığı bal ilə qarışdırıb üzünüzə sürtün və 10 dəqiqədən sonra yuyun. Bu, dərinizə lazım olan nəmi verəcək.
2. Saçınızı həmişə eyni yerdən ayırsanız, bu, saç tökülməsinə gətirib çıxara bilər. Çalışın, saçlarınızın formasını tez-tez dəyişin.
3. Əgər kəpək probleminiz varsa, onda kakos yağı ilə bir çay qaşığı limon suyunu qarışdırıb saç diblərinizə çəkin. 1 saatdan sonra saçınızı yuyun.
4. Fikir vermisinizsə, hindli qadınların üzündə tük olmur. Tükdən qurtulmaq üçün ən asan yol noxud unu ilə sudur. Onlar bu qarışımı həftədə 2 dəfə üzlərinə çəkirlər, bir müddət sonra ovaraq çıxarırlar. Bununla lazerə getməyə ehtiyac qalmır.
5. Hindistanda qadınlar saç rəngini dəyişdirmək istəyərkən kimyəvi saç boyaları əvəzinə xınadan istifadə edirlər.
6. Makiyajı təmizləmək üçün kakos yağından istifadə edin. Bundan başqa, bu yağla saçlarınıza parlaqlıq verə, dərinizi nəmləndirə bilərsiniz.
23:13 Fevral 12, 2019
13:41 Fevral 12, 2019
12:02 Fevral 7, 2019
14:29 Fevral 5, 2019
16:15 Fevral 1, 2019
12:59 Yanvar 29, 2019
16:53 Yanvar 28, 2019
13:49 Yanvar 25, 2019
16:43 Yanvar 23, 2019
12:56 Yanvar 22, 2019
12:53 Yanvar 22, 2019
12:51 Yanvar 22, 2019
12:47 Yanvar 22, 2019
12:37 Yanvar 22, 2019
22:16 Yanvar 21, 2019
Facebook
Twitter
RSS