• Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
724 News
  • Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
  • Facebook

  • Twitter

  • RSS

MÜSAHİBƏ

“İmic insanın cəmiyyətdəki mövqeyidir”

“İmic insanın cəmiyyətdəki mövqeyidir”
duygu
May 16, 2018
ShareTweet

“Modelyer- dizaynerliyə uşaqlıqdan marağım olsa da, təhsilimi bu sahə üzrə ala bilmədim.  Orta məktəbi bitirib ali məktəbə sənəd verən zaman qabiliyyət imtahanına hazırlaşmaq kimi şansım yox idi. Bu imtahan barəsində çox məlumatlı deyildim deyə, kəsilməkdən qorxdum və jurnalistikanı seçdim”.

Həmsöhbətimiz gənc modelyer-dizayner Səbinə Şirməmmədovadır. O, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin məzunu olsa da, daha sonra dizayn kursunda iştirak edərək arzusunu reallaşdıra bilib. Onunla söhbətə əl işlərindən danışmaqla başladıq.

“Modelyer dizaynerliyə uşaqlıqdan marağım və həvəsim olub. 12 yaşımdan bəri eskiz çəkirəm, evdə qutu dolusu eskizlərim var. Əvvəllər, daha çox avanqard geyimlərin eksizlərin çəkməyə, onların üzərində işləməyə üstünlük verirdim, amma dizayn kursuna başladıqdan sonra, müəllimlərimin də verdiyi istiqamətdən başa düşdüm ki, əslində əsas olan gündəlik geyimləri hazırlamaqdır. Digər geyimləri hazırlamaq ancaq təxəyyül məhsuludur amma çətin olan, gündəlik geyimlərdir. Onları başqalarının əynində görə bilməkdir. Müəllim üçün şagirdin əldə elədiyi uğuru görmək necə qürur vericidirsə, mənim üçün də geyimlərimi kiminsə əynində görmək elədir”.

Səbinə xanım bizə iştirak etdiyi müsabiqələrdən, ilk təcrübələrindən də danışdı.

“İlk geyimlərim “Mersedes-Benz Fashion Week”də nümayiş etdirilib. Dörd gün davam edən nümayişdə hazırladığım bir neçə geyimi satdım. O vaxt satmağıma peşman olmuşdum, fikirləşdim ki, kaş satmazdım. Həmin geyimləri çox qısa müddətdə, böyük əziyyətlə hazırlamışdıq. Fikirləşirəm ki, çəkdiyimiz əməyə dəymədi. Həmin nümayiş bizim ilk təcrübəmiz idi deyə, çatışmayan cəhətlər olsa da, düşünürəm ki birinci dəfə üçün yaxşı idi və bəyənildi. Daha sonra, bir sıra yerli və xarici fotoqraflardan iş təklifləri aldıq.

“Qadın yanlız əlini əlinin üstünə qoyub oturan varlıq deyil”

“Dizaynerlər nəsə dizayn edəndə mütləq ki, öz üslubunu ora qatır. Məsələn, mən gündəlik geyimlərdə minimzalizmə üstünük verirəm deyə, bu, hazırladığım geyimlərdə də özünü göstərir. Ona görə, nəsə dizayn edəndə çalışıram ki, üslubu göstərim və müasir siluetə, müasir insan tipinə uyğunlaşsın. Məsələn, qadın ancaq incə geyinib əlini əlinin üstünə qoyub oturan varlıq deyil. Daha çox məşğul, işləyən varlıqdır və mən də çalışıram ki həmin detalları hazırladığım geyimlərdə ortaya qoyum.”

Belə bir deyim var – “İnsanı geyimi ilə qarşılayıb, ağlı ilə yola salarlar”. Səbinə xanımın fikrincə, elə geyim də, ağıl işidir.

“İnsana baxıb, geyimi ilə onun necə biri olduğunu müəyyən etmək olur. Geyim imicdir, imic də, insanın cəmiyyətdəki mövqeyidir. Ona görə də, insan özünə nə yaraşırsa, xarakterinə nə yaxındırsa, onu  geyinməlidir”.

Bu işdə sizin motivasiya mənbəyiniz nələrdir? sualına həmsöhbətimiz belə cavab verir:

“Mən birinci bu işə başlayanda məni həvəsləndirən, məşhur geyim brendlərinin moda nümayişləri olub. Modelləri, onların üzərindəki geyimləri görəndə ağlım başımdan gedirdi. Ümumiyyətlə, insanın nəyə marağı varsa, ora getməlidir. Məsələn, mən eskiz çəkəndə rahat oluram, sinirlərim sakitləşir. Uşaqlıqdan belə bir istəyim olub- Hansı sahədə oluramsa olum, çox yaxşı olum. Bəzən bu fikrimə görə məni qınayırlar, amma etiraf etməliyəm ki, içimdə biraz məhşur olmaq həvəsi də var. Həmişə öz gördüyüm işlə tanınmaq istəmişəm, özdə kiçik yox, böyük auditoriyada”.

“Atam deyir ki, bazara uyğun davran, pərdə tik”

“Bu sahəyə marağı olduğunu öyrənəndən bu yana, anam həmişə məni dəstəkləyirdi, indi də dəstəkləyir. Atam üçün  isə, eyni sözləri deyə bilməyəcəyəm. O, daha konservativ olub, onun üçün qadın modeli var. Əvvəl elə fikirləşirdi ki, keçici həvəsdir. Mənə deyirdi ki, sən moda sahəsində çətinlik çəkəcəksən. İndi artıq görür ki, bu həvəs işi deyil və bu məsələyə daha çox biznes tərəfdən yanaşır. Hərdən deyir, sən gəl bazara uyğun davran, pərdə tik (gülür)”.

Sonda gənc modelyer gələcək planlarından da danışıb:

“İlk olaraq bu sahə ilə bağlı təhsil almaq istəyirəm. Moda elə bir şeydi ki insanın içindən gəlməlidir. İnsanın içində yaradıcılıq yoxdusa, o sahədə heçnə edə bilməz. Düşünürəm ki, bu yaradıcılığı biliklə birləşdirmək lazımdır. Təhsil almasam, nələrsə mütləq yarımçıq qalacaq. Hələ, öyrənəcəyim çox şey var”.

FİKRİNİZİ BİLDİRİN

Fikir bildirin

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

MÜSAHİBƏ
May 16, 2018
duygu
Related Itemsdizaynerfashionimicmoda

MÜSAHİBƏ BÖLMƏSİNDƏN DİGƏR yazılar

“Qurban Qurbanovla görüşəcəyəm”

alimFevral 12, 2019
Ətraflı

“Qarabağ” hər il qrupda oynayacaq deyə bir qanun yoxdur”

alimYanvar 21, 2019
Ətraflı

“Qarabağ problemi Türkiyədə də hər kəsi narahat edir”

alimYanvar 6, 2019
Ətraflı

“Bakıda məni bu qədər insanın görmək istədiyini düşünmürdüm”

alimDekabr 23, 2018
Ətraflı

İlkin Həsəni: “HELL”dən çox bizə sponsorluq edən şirkət olmayıb

alimDekabr 12, 2018
Ətraflı

“Arsenal”la oyunumuz baş tutmaya bilər”

alimNoyabr 28, 2018
Ətraflı

“Qarşınızda özünəinamı pik həddə olan Kosovo olacaq” – Naci Şensoy

alimNoyabr 20, 2018
Ətraflı

“Tək olsa da, möhtəşəm dəstək nümayiş etdirib”

alimNoyabr 19, 2018
Ətraflı

“Sovet hakimiyyəti ölənlərin sayını azaldıb”

alimNoyabr 19, 2018
Ətraflı
Digər xəbərlər
Klikləyin

Son Yazılar

  • İlham Əliyev Real TV-yə müsahibə verib

    23:13 Fevral 12, 2019

  • “Qurban Qurbanovla görüşəcəyəm”

    13:41 Fevral 12, 2019

  • Prezident zəlzələnin baş verdiyi Şamaxıda olub

    12:02 Fevral 7, 2019

  • Prezident Xəzər rayonuna yeni icra başçısı təyin etdi

    14:29 Fevral 5, 2019

  • TOPs layihəsi: İsmayıllıda “İdman Festivalı” keçirilib

    16:15 Fevral 1, 2019

  • İlham Əliyev konfransda iştirak edir

    12:59 Yanvar 29, 2019

  • İlham Əliyev şəhid ailələri ilə görüşüb

    16:53 Yanvar 28, 2019

  • İlham Əliyevin yardımı ilə Vladiqafqazda məscid bərpa olunub

    13:49 Yanvar 25, 2019

  • İlham Əliyevin Nikol Paşinyanla qeyri-rəsmi görüşü olub

    16:43 Yanvar 23, 2019

  • İlham Əliyev “CISCO” şirkətinin rəsmisi ilə görüşüb

    12:56 Yanvar 22, 2019

  • İlham Əliyev BP rəsmisi ilə görüşüb

    12:53 Yanvar 22, 2019

  • İlham Əliyev “Visa” şirkətinin prezidenti ilə görüşüb

    12:51 Yanvar 22, 2019

  • İlham Əliyev “Rossiya 1” televiziya kanalına müsahibə verib

    12:47 Yanvar 22, 2019

  • Prezident CGTN televiziyasına müsahibə verib

    12:37 Yanvar 22, 2019

  • İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

    22:16 Yanvar 21, 2019

Bütün hüquqları qorunur. © 2018

“Paşinyan vəziyyətə bütövlüklə nəzarət etdiyini göstərmək istəyir”
“600-dən çox bal toplayanlar ixtisas seçimində diqqətli olmalıdırlar”