
sosial
İstirahət günlərinin hava proqnozu açıqlanıb

Leave a Reply
sosial
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
7/24news-un APA-ya istinadən vediyi məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, iki gün ərzində bu bölgədə nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq, belə ki, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 22-27, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları iyunun 9-da arabir yağışlı hava şəraiti gözləsə də, iyunun 10-da gün ərzində yağmursuz hava müşahidə olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında arabir leysan xarakterli yağış yağacaq. İyunun 10-da gündüz isə hava şəraiti yağmursuz olacaq.
Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da arabir yağış yağacağı, iyunun 9-da axşam, iyunun 10-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, iyunun 09-da gecə və səhər arabir yağışlı hava şəraiti müşahidə olunsa da, iyunun 9-u gündüz, iyunun 10-da gün ərzində hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.
23:13 Fevral 12, 2019
13:41 Fevral 12, 2019
12:02 Fevral 7, 2019
14:29 Fevral 5, 2019
16:15 Fevral 1, 2019
12:59 Yanvar 29, 2019
16:53 Yanvar 28, 2019
13:49 Yanvar 25, 2019
16:43 Yanvar 23, 2019
12:56 Yanvar 22, 2019
12:53 Yanvar 22, 2019
12:51 Yanvar 22, 2019
12:47 Yanvar 22, 2019
12:37 Yanvar 22, 2019
22:16 Yanvar 21, 2019
Facebook
Twitter
RSS