
TEXNOLOGİYA
“Microsoft” yeni qurğularını təqdim edib

Leave a Reply
TEXNOLOGİYA
“Microsoft” şirkəti Nyu-Yorkda keçirilmiş xüsusi tədbirdə “Surface Pro” hibrid planşetinin yeni nəslini, “Surface Laptop” noutbukunu və “Surface Studio” monoblokunu rəsmi şəkildə təqdim edib. Həmçinin şirkət tezliklə “Windows 10” əməliyyat sistemi üçün növbəti genişmiqyaslı yeniləmənin təqdim ediləcəyini bildirib.
“Microsoft Surface Pro 6”
Yenilənmiş “Surface” planşeti 8-ci nəsil “Intel Core” prosessorları ilə təchiz edilib, həmçinin planşetin qara rəngli versiyası əlçatan olub.
7/24news “ICTnews“a istinadən xəbər verir ki, şirkətin nümayəndəsi bildirib ki, “Surface Pro 6” qurğusu, həmçinin təkmilləşdirilmiş soyutma sisteminə malikdir və 4 nüvəli prosessorları dəstəkləyir. Məlumata görə, yeni planşet əvvəlki nəsil “Surface Pro” planşetindən 67% daha məhsuldardır. Bundan başqa, yeni planşet enerjiyə qənaətcildir: 13,5 saatadək avtonom işləmə müddətinə malikdir.
Digər texniki xüsusiyyətlər olduğu kimi qalıb. Planşet əvvəlki kimi 2736×1824 piksel təsvir ölçülü 12,3 düymlük ekranla təchiz edilib və kənar klaviaturanı dəstəkləyir. Oktyabrın 16-da satışa çıxarılacaq planşetin qiyməti 899 ABŞ dollarından başlayacaq.
23:13 Fevral 12, 2019
13:41 Fevral 12, 2019
12:02 Fevral 7, 2019
14:29 Fevral 5, 2019
16:15 Fevral 1, 2019
12:59 Yanvar 29, 2019
16:53 Yanvar 28, 2019
13:49 Yanvar 25, 2019
16:43 Yanvar 23, 2019
12:56 Yanvar 22, 2019
12:53 Yanvar 22, 2019
12:51 Yanvar 22, 2019
12:47 Yanvar 22, 2019
12:37 Yanvar 22, 2019
22:16 Yanvar 21, 2019
Facebook
Twitter
RSS