• Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
724 News
  • Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
  • Facebook

  • Twitter

  • RSS

İQTİSADİYYAT

“Növbəti aylarda dollara tələbin artması gözlənilir”

“Növbəti aylarda dollara tələbin artması gözlənilir”
alim
Avqust 7, 2018
ShareTweet

“Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb. İyun ayında 439 milyon dollar satan fond ötən ay valyuta satışını 22% artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dolların tələbin artıdığından xəbər verir”.

7/24news xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov qonşu ölkələrdə valyutaların dəyər itirməsinin Azərbaycan manatına təsirlərini şərh edərkən bildirib. Ekspert qeyd edib ki, idxalın artması fonunda bu ayda dollara tələbin yüksək olacağı gözlənilir:

“Bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da qeyri-neft ixracatı baxımdan yeganə faktor deyil. Bu baxımdan, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil. Türkiyə isə qeyri-neft ixracatımzın 26, ümumu ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir. Lirə daha kəskin ucuzlaşarsa, o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir. Növbəti aylarda, dekabrda dollara tələbin artacağı gözlənilir. Bu həmin özəl və dövlət müəsssisələrin xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlar ilə bağlıdır. Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır. Bununla belə, bütün bunlara və eləcə də elə baş bankın özündən gələn açıqlamalara baxmayaraq Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir”.

FİKRİNİZİ BİLDİRİN

Fikir bildirin

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

İQTİSADİYYAT
Avqust 7, 2018
alim
Related Itemsdevalivasiyaliremanatmanşetmusahibevuqar bayramov

İQTİSADİYYAT BÖLMƏSİNDƏN DİGƏR yazılar

İlham Əliyev BP rəsmisi ilə görüşüb

alimYanvar 22, 2019
Ətraflı

İlham Əliyev “Visa” şirkətinin prezidenti ilə görüşüb

alimYanvar 22, 2019
Ətraflı

Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydı

alimYanvar 10, 2019
Ətraflı

Zərdabda 939 tondan çox çəltik istehsal olunub

nuranaDekabr 5, 2018
Ətraflı

“Hazırda quldarlığın 40 milyona yaxın qurbanı var”

nuranaDekabr 3, 2018
Ətraflı

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

alimNoyabr 30, 2018
Ətraflı

ABŞ-dakı aktiv qazma qurğularının sayı artır

alimNoyabr 17, 2018
Ətraflı

Almaniyanın “Wintershall” şirkəti İranı tərk edib

alimNoyabr 13, 2018
Ətraflı

“ASAN xidmət”ə 28 milyon manat ayrılacaq

nuranaNoyabr 7, 2018
Ətraflı
Digər xəbərlər
Klikləyin

Son Yazılar

  • İlham Əliyev Real TV-yə müsahibə verib

    23:13 Fevral 12, 2019

  • “Qurban Qurbanovla görüşəcəyəm”

    13:41 Fevral 12, 2019

  • Prezident zəlzələnin baş verdiyi Şamaxıda olub

    12:02 Fevral 7, 2019

  • Prezident Xəzər rayonuna yeni icra başçısı təyin etdi

    14:29 Fevral 5, 2019

  • TOPs layihəsi: İsmayıllıda “İdman Festivalı” keçirilib

    16:15 Fevral 1, 2019

  • İlham Əliyev konfransda iştirak edir

    12:59 Yanvar 29, 2019

  • İlham Əliyev şəhid ailələri ilə görüşüb

    16:53 Yanvar 28, 2019

  • İlham Əliyevin yardımı ilə Vladiqafqazda məscid bərpa olunub

    13:49 Yanvar 25, 2019

  • İlham Əliyevin Nikol Paşinyanla qeyri-rəsmi görüşü olub

    16:43 Yanvar 23, 2019

  • İlham Əliyev “CISCO” şirkətinin rəsmisi ilə görüşüb

    12:56 Yanvar 22, 2019

  • İlham Əliyev BP rəsmisi ilə görüşüb

    12:53 Yanvar 22, 2019

  • İlham Əliyev “Visa” şirkətinin prezidenti ilə görüşüb

    12:51 Yanvar 22, 2019

  • İlham Əliyev “Rossiya 1” televiziya kanalına müsahibə verib

    12:47 Yanvar 22, 2019

  • Prezident CGTN televiziyasına müsahibə verib

    12:37 Yanvar 22, 2019

  • İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

    22:16 Yanvar 21, 2019

Bütün hüquqları qorunur. © 2018

Gömrük yığımlarının məbləğləri 50 faiz artırıldı
Toxumçuluğun inkişafına dair respublika müşavirəsi keçirilib