• Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
724 News
  • Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
  • Facebook

  • Twitter

  • RSS

HADİSƏ

“Odsöndürən olmamasına görə cərimə yazıla bilməz”

“Odsöndürən olmamasına görə cərimə yazıla bilməz”
alim
Avqust 10, 2018
ShareTweet

“Müvafiq standartlara cavab verən ödsöndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri İXM-in 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər. Amma hazırda belə cərimənin tətbiqi mümkün deyil. Özü də bunu tək mən demirəm. Bu, dolayısilə Azərbaycan Respublikası Prezidentinin 17.04.2018 tarixli, 1926 saylı Fərmanında da deyilir”

7/24news xəbər verir ki, bunu  nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert əlavə edib ki, ödsöndürənin olmadığı halda İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyətdən söhbət gedə bilməz: “Odsöndürənin avtomobildə olması “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin “konstruksiyanın digər ünsürləri” adlanan 7-ci hissəsinin tələbi olsa da, həm mühəndis-texniki baxımdan, həm də sadə məntiqə əsasən odsöndürənin nəqliyyat vasitəsinin konstruksiyasına heç bir aidiyyəti yoxdur. İXM-in 342.5-ci maddəsi isə konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə nəzərdə tutur. Hətta İXM-in başqa normalarından da aydın olur ki, ödsöndürənin olmadığı halda İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyət mümkün deyil. Məsələn, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsi dərman qutusunun da məcburiliyini nəzərdə tutsa da, dərman qutusunun olmamsına görə İXM-in ayrıca və aydın yazılmış normasında (356.1-ci maddədə) məsuliyyət müəyyən olunur. Bu da o deməkdir ki, dərman qutusu, ödsöndürən və başq bu kimi əlavə əşyalar konstruksiya elementi deyil.
İkincisi, 17.04.2018 tarixli, 1926 saylı Fərmanın 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılır ki, “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq və beynəlxalq təcrübə nəzərə alınmaqla odsöndürənə dair tələbləri, habelə ondan istifadə təlimatını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin (hələlik bu sənədlər qəbul edilməyib). Bu tapşırıq o deməkdir ki, avtomobillərdə istifadə üçün nəzərdə tutulan odsöndürənə dair bütün hüquqi məsələlər həll edilməlidir. Mən düşünürəm ki, tapşırığın icrasından sonra odsöndürənin olmamsına görə məsuliyyət məsələsinə də aydınlıq gəlməlidir”.

Ərşad Hüseynov əlavə edib ki, avtomobildə odsöndürən olmamsına görə sürücü barəsində hər hansı cərimə tətbiq edilə bilməz: “Amma sürücülərə tövsiyə edirəm ki, avtomobillərində istifadəyə yararlı odsöndürən saxlasınlar. Çünki bu, qanunun tələbidir və ödsöndürəni olmayan avtomobil texniki baxışdan keçməməlidir. Digər tərəfdən, avtomobiliniz və ya yolda başqa birinin avtomobili qəflətən yana bilər. Belə halda odsöndürən sizi və sizin xeyirxahlığınız sayəsində başqasını külli miqdarda ziyandan qoruyacaq”.

FİKRİNİZİ BİLDİRİN

Fikir bildirin

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

HADİSƏ
Avqust 10, 2018
alim
Related Itemsekspertersad huseynovmanşetmusahibe

HADİSƏ BÖLMƏSİNDƏN DİGƏR yazılar

İlham Əliyev Real TV-yə müsahibə verib

alimFevral 12, 2019
Ətraflı

Prezident zəlzələnin baş verdiyi Şamaxıda olub

alimFevral 7, 2019
Ətraflı

İlham Əliyev şəhid ailələri ilə görüşüb

alimYanvar 28, 2019
Ətraflı

İlham Əliyevin yardımı ilə Vladiqafqazda məscid bərpa olunub

alimYanvar 25, 2019
Ətraflı

İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

alimYanvar 20, 2019
Ətraflı

20 Yanvar faciəsindən 29 il ötür

alimYanvar 20, 2019
Ətraflı

TOPs təlimləri başa çatıb

alimYanvar 19, 2019
Ətraflı

Gürcüstanda matəm elan edildi

alimYanvar 17, 2019
Ətraflı

İlham Əliyev Nikola Sarkozi ilə görüşdü

alimYanvar 16, 2019
Ətraflı
Digər xəbərlər
Klikləyin

Son Yazılar

  • İlham Əliyev Real TV-yə müsahibə verib

    23:13 Fevral 12, 2019

  • “Qurban Qurbanovla görüşəcəyəm”

    13:41 Fevral 12, 2019

  • Prezident zəlzələnin baş verdiyi Şamaxıda olub

    12:02 Fevral 7, 2019

  • Prezident Xəzər rayonuna yeni icra başçısı təyin etdi

    14:29 Fevral 5, 2019

  • TOPs layihəsi: İsmayıllıda “İdman Festivalı” keçirilib

    16:15 Fevral 1, 2019

  • İlham Əliyev konfransda iştirak edir

    12:59 Yanvar 29, 2019

  • İlham Əliyev şəhid ailələri ilə görüşüb

    16:53 Yanvar 28, 2019

  • İlham Əliyevin yardımı ilə Vladiqafqazda məscid bərpa olunub

    13:49 Yanvar 25, 2019

  • İlham Əliyevin Nikol Paşinyanla qeyri-rəsmi görüşü olub

    16:43 Yanvar 23, 2019

  • İlham Əliyev “CISCO” şirkətinin rəsmisi ilə görüşüb

    12:56 Yanvar 22, 2019

  • İlham Əliyev BP rəsmisi ilə görüşüb

    12:53 Yanvar 22, 2019

  • İlham Əliyev “Visa” şirkətinin prezidenti ilə görüşüb

    12:51 Yanvar 22, 2019

  • İlham Əliyev “Rossiya 1” televiziya kanalına müsahibə verib

    12:47 Yanvar 22, 2019

  • Prezident CGTN televiziyasına müsahibə verib

    12:37 Yanvar 22, 2019

  • İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

    22:16 Yanvar 21, 2019

Bütün hüquqları qorunur. © 2018

Bakıda tramvaylar bərpa oluna bilər
Xəzərdə taktiki döyüş təlimləri başladı