• Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
724 News
  • Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
  • Facebook

  • Twitter

  • RSS

SİYASƏT

“Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında”

“Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında”
duygu
İyul 4, 2018
ShareTweet

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib.

7/24news-un APA-ya istinadən verdiyi xəbərə görə, müşavirədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev çıxış edərək Azərbaycan xalqı və ölkə başçısından üzr istəyib:

-Azərbaycan enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq çox dərin narahatlığımızı bildirməklə yanaşı, Sizdən və eyni zamanda, respublikamızın enerji istehlakçılarından üzr istəyirəm. Həmçinin İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı vəziyyəti təcili olaraq nəzarətə götürdüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Son 15 ildə energetika sektorunda Sizin rəhbərliyiniz ilə…

Prezident İlham ƏLİYEV: Onu bilirik, son 15 il ərzində nələr görülüb. Sən de görək qəzanın səbəbləri nədir və nə üçün ölkəni qaranlıq bürümüşdü? Səbəblər nədir?

Etibar Pirverdiyev: İyulun 3-də və ondan əvvəlki vəziyyətlə bağlı məlumatı təqdim etmək istərdim. İyun ayının gündəlik elektrik istehsalını götürdükdə, ayın əvvəlində biz görürük ki, gündəlik istehlaka 50-55 milyon kVt/saat arasında enerji verilmişdir. Son bir həftə ərzində isə bu rəqəm 70-75 milyona qalxmışdır. Təxminən 40 faiz birdən-birə…

Prezident İlham ƏLİYEV: Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi – bu, yumşaq desək böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Mən giriş sözümdə bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb. Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən. Əyləşin.

Bir daha deyirəm, Yaqub Eyyubov, məsələni çox ciddi araşdırmaq lazımdır. Bütün komissiya üzvləri fəal işləməlidirlər. Qısa müddət ərzində həm birinci qəzanın səbəbləri, xüsusilə ikinci qəzanın səbəbləri haqqında mənə məruzə edilməlidir.

FİKRİNİZİ BİLDİRİN

Fikir bildirin

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

SİYASƏT
İyul 4, 2018
duygu
Related Itemsmanşet

SİYASƏT BÖLMƏSİNDƏN DİGƏR yazılar

Prezident Xəzər rayonuna yeni icra başçısı təyin etdi

alimFevral 5, 2019
Ətraflı

İlham Əliyev konfransda iştirak edir

alimYanvar 29, 2019
Ətraflı

İlham Əliyev “CISCO” şirkətinin rəsmisi ilə görüşüb

alimYanvar 22, 2019
Ətraflı

İlham Əliyev “Rossiya 1” televiziya kanalına müsahibə verib

alimYanvar 22, 2019
Ətraflı

Prezident CGTN televiziyasına müsahibə verib

alimYanvar 22, 2019
Ətraflı

İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

alimYanvar 21, 2019
Ətraflı

İlham Əliyev Türkiyədə “İlin dövlət başçısı” seçilib

alimDekabr 23, 2018
Ətraflı

Daha bir İcra başçısı vəzifəsindən azad edildi

alimDekabr 21, 2018
Ətraflı

ABŞ Azərbaycana yeni səfir təyin etdi

alimDekabr 14, 2018
Ətraflı
Digər xəbərlər
Klikləyin

Son Yazılar

  • İlham Əliyev Real TV-yə müsahibə verib

    23:13 Fevral 12, 2019

  • “Qurban Qurbanovla görüşəcəyəm”

    13:41 Fevral 12, 2019

  • Prezident zəlzələnin baş verdiyi Şamaxıda olub

    12:02 Fevral 7, 2019

  • Prezident Xəzər rayonuna yeni icra başçısı təyin etdi

    14:29 Fevral 5, 2019

  • TOPs layihəsi: İsmayıllıda “İdman Festivalı” keçirilib

    16:15 Fevral 1, 2019

  • İlham Əliyev konfransda iştirak edir

    12:59 Yanvar 29, 2019

  • İlham Əliyev şəhid ailələri ilə görüşüb

    16:53 Yanvar 28, 2019

  • İlham Əliyevin yardımı ilə Vladiqafqazda məscid bərpa olunub

    13:49 Yanvar 25, 2019

  • İlham Əliyevin Nikol Paşinyanla qeyri-rəsmi görüşü olub

    16:43 Yanvar 23, 2019

  • İlham Əliyev “CISCO” şirkətinin rəsmisi ilə görüşüb

    12:56 Yanvar 22, 2019

  • İlham Əliyev BP rəsmisi ilə görüşüb

    12:53 Yanvar 22, 2019

  • İlham Əliyev “Visa” şirkətinin prezidenti ilə görüşüb

    12:51 Yanvar 22, 2019

  • İlham Əliyev “Rossiya 1” televiziya kanalına müsahibə verib

    12:47 Yanvar 22, 2019

  • Prezident CGTN televiziyasına müsahibə verib

    12:37 Yanvar 22, 2019

  • İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

    22:16 Yanvar 21, 2019

Bütün hüquqları qorunur. © 2018

Mingəçevir İES-də baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb
Prezident İlham Əliyev: “Günahkarlar cəzalanmalıdır”