• Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
724 News
  • Ana səhifə
  • SİYASƏT
  • HADİSƏ
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • MARAQLI
  • MÜSAHİBƏ
  • Əlaqə
  • Facebook

  • Twitter

  • RSS

HADİSƏ

Veteranlara birdəfəlik maddi yardım veriləcək

Veteranlara birdəfəlik maddi yardım veriləcək
duygu
Aprel 20, 2018

Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

7/24news.az APA-ya istinadən xəbər verir ki, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

 

Sərəncamın icrası məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə birdəfəlik maddi yardımın bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb.

Fikir bildirin

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

HADİSƏ
Aprel 20, 2018
duygu
Related Itemsveteranyardım

HADİSƏ BÖLMƏSİNDƏN DİGƏR yazılar

Kofeinin faydalarına dair elmi araşdırmalar aparılıb

alimOktyabr 3, 2019
Ətraflı

Şəkər: həyatınızı asanlaşdıracaq vasitə

alimSentyabr 19, 2019
Ətraflı

Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib

alimİyul 7, 2019
Ətraflı

İlham Əliyev Azərbaycan xalqını təbrik edib

alimİyul 7, 2019
Ətraflı

Şəki Xan Sarayı UNESCO Ümumdünya İrs Siyahısına salındı

alimİyul 7, 2019
Ətraflı

Miqrasiya prosedurları barədə məlumatlandırma kampaniyası

alimAprel 13, 2019
Ətraflı

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100-cü ildönümüdür

alimMart 28, 2019
Ətraflı

İbtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatıb

alimMart 12, 2019
Ətraflı

“TOPAZ” uduşların məbləğini açıqladı

alimMart 11, 2019
Ətraflı
Digər xəbərlər
Klikləyin

Son Yazılar

  • Milli Olimpiya Komitəsinin Madriddə təşkil etdiyi regional seminar başa çatdı

    14:27 Dekabr 6, 2019

  • Xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibət dəyişmir

    13:35 Dekabr 5, 2019

  • “Olympic Moves” layihəsi çərçivəsində rayondaxili mərhələ başladı

    16:24 Dekabr 4, 2019

  • Şəkidə qadınlar üçün təşkil olunan təlimlər başa çatıb

    16:54 Dekabr 3, 2019

  • “HELL ENERGY”dən beynəlxalq şirkətlərə nümunə olacaq addım

    15:44 Dekabr 2, 2019

  • Şabranda TOPs təlimləri təşkil olunub                

    13:18 Noyabr 28, 2019

  • Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

    17:26 Noyabr 26, 2019

  •   “Olympic Moves” layihəsi çərçivəsində məktəbdaxili yarışlar başa çatıb

    12:19 Noyabr 25, 2019

  • TOPs təlimləri Quba, Siyəzən, Xızı rayonlarında  baş tutub

    11:52 Noyabr 25, 2019

  • “Təmiz Ölkəm” layihəsi çərçivəsində ağacəkmə aksiyası baş tutub

    18:00 Noyabr 14, 2019

  • “Olympic Moves” layihəsi çərçivəsində məktəbdaxili yarışlar davam edir

    17:55 Noyabr 14, 2019

  • Qubada qadınların işgüzar inkişafı təlimləri başa çatıb

    11:03 Oktyabr 31, 2019

  • TOPs təlimləri Sumqayıtda başa çatdı

    18:27 Oktyabr 30, 2019

  • “ProfessorsHouse” nəşri aluminum haqqında maraqlı faktlar təqdim edib

    12:29 Oktyabr 28, 2019

  • Aluminium qablaşdırmanın faydalarını bilirsinizmi?

    16:31 Oktyabr 25, 2019

Bütün hüquqları qorunur. © 2018

Bakıda “Formula-1″lə bağlı iki xəstəxana ayrılıb
Milli Məclisdə Ombudsmanın hesabatı dinlənilib